Ferrari Lekleri yeni şassiyə keçirib

Ferrari komandası ikinci sərbəst yürüşlərdə qəza edən Şarl Leklerin şassisini dəyişib.

F-1.az xatırladır ki, monakolu sürücü Bülçikadakı ikinci sərbəst yürüşlərdə bolidinin idarəetməsini itirərək, bariyerlərə çırpılıb. Qəzadan sonra bolidin önündə və sol tərəfində zədələr var idi. Ferrari komandası bunun tezliklə təmir olmayacağını görüb şassini dəyişmək qərarı alıblar.

İtaliya komandası bu açıqlamanı verib: “Ferrari komandası ikinci sərbəst yürüşlərdəki qəzadan sonra şassinin tezliklə təmir edilə bilməyəcəyini təsdiqləyir. Buna görə də dünən gecə ehtiyat şassi hazırlandı və Şarl Lekler üçüncü sərbəst yürüşlərə yeni şassi ilə çıxacaq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*