Ferrari Leklerin maşınında hələki problem tapmayıb

Ferrari komandası ilkin araşdırmalardan sonra Şarl Leklerin ötürmələr qutusunda heç bir problem tapmayıb.

F-1.az xatırladır ki, monakolu sürücü doğma publika önündə poul qazansa da, sıralanma turunun son saniyələrində qəza edərək, maşının sağ tərəfini dağıdıb. Bolidin arxa asılqanı da zədələnib və ehtimal olunurdu ki, ötürmələr qutusu da problemlidir. Gənc sürücünün maşınında ötürmələr qutusu dəyişilsə, startda 5 yer itirəcək.

Ancaq Ferrari şənbə günü verdiyi bildirişdə ötürmələr qutusundakı araşdırmaları bitirdiklərini bəyan ediblər və problem olmadığını deyiblər. Ötürmələr qutusunda ciddi problem yoxdur, amma bazar günü səhər detalı yenisi ilə əvəzləyə bilərlər: “Şarl Leklerin ötürmələr qutusunda ciddi problem tapmadıq. Yarışda bu qutudan istifadə edib-etməyəcəyimizə bazar günü səhər qərar verəcəyik. Sabah daha ətraflı araşdıracağıq”

Leklerin maşınında ötürmələr qutusu dəyişəcəyi halda, startda 5 yer itirəcək və Maks Ferstappen yarışa pouldan başlayacaq.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*