L.Turrini: “Fettel Ferrari-də qalacaq”

İtaliyalı Formula1 jurnalisti Leo Turrini bildirib ki, Sebastyan Fettel növbəti illərdə də Ferrari-də qalacaq.

 

F-1.az xatırladır ki, almaniyalı sürücünün komandası ilə müqaviləsi ilin sonunda başa çatır və bəzi mütəxəssislər iddia edirlər ki, dördqat Dünya Çempionu 2020-ci il mövsümündən sonra karyerasını bitirəcək ya da başqa komandaya keçəcək.

Leo Turrini: “Ferstappen Red Bull-la çoxillik müqavilə yenilədikdən sonra inanmıram ki, Fettel 2020-ci ildən sonra Ferrari-dən getsin. İtaliya mətbuatının sözləri Fettelə təsir etmir, çünki o, italyanların yazdıqlarını oxumur. Trasdakı səhvləri hiss etdiyi təzyiqdən qaynaqlanmır”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*