K.Sayns: Yarış tempində işləməmişəm

Ferrari komandasının sürücüsü Karlos Sayns bildirib ki, ikinci sərbəst yürüşlərdə qəza etdiyi üçün yarış tempində işləyə bilməyib.

F-1.az xatırladır ki, ispaniyalı sürücü Mayamidəki sıralanma turunda ikinci yeri tutub.

Karlos Sayns: “Dünənki ağır qəzadan sonra özümüzə gəldik. Belə trasda özünə olan inamı geri qaytarmaq asan deyildi. Son sessiyaya qədər soyuqqanlılığımı qorudum və bir neçə gözəl dövrə vurdum. Poul üçün bəs eləmədi, amma dünənkindən sonra nəticədən razıyam.

Sabah bizi maraqlı gün gözləyir. Hələ də yarış tempində işləməmişəm. Bolidi dolu çənlə sürməmişəm. Sabah düzülüşə gedərkən ilk dəfə maşını dolu çənlə sürəcəm. Bu da çətin ola bilər. Lakin maşına güvənirəm. Bolidi burada sürməkdən həzz alıram. Sabahyaxşı iş görə bilərik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*