18 Dekabr 2018, Çərşənbə axşamı - 14:59

L.Həmilton: “Red Bull güclü deyil”

L.Həmilton: “Red Bull güclü deyil”

Müəllif: Rauf Hacıyev, redaktor

13:16 - 13 Aprel, 2018

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, Red Bull komandası hazırda Ferrari və Mercedes səviyyəsində deyil.

F-1.az xatırladır ki, “qırmızı öküzlər” mövsümöncəsi testlərdə yaxşı təsir bağışlasalar da, ilk iki yarışdakı sıralanma turunda Mercedes və Ferrari-dən geridə qalmışdılar. 2010-2013-cü ilin Dünya Çempionları ilk iki yarışda da problemlər yaşayaraq, qələbə uğrunda mübarizə apara bilməyiblər.

Lyuis Həmilton: “Komandanın yarışlar qazanması üçün potensialı var. Testlərdə ilk yarışlara nisbətən daha sürətli görünürdülər. Amma hazırda Ferrari və Mercedes-lə eyni səviyyədə deyillər. Ferrari qüsursuz idi və biz də elə olmağa çalışırıq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 191
Teqlər , , , ,
Paylaş

logo