H.Marko: Dörd yarış qazanmalıyıq

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, qalan 8 yarışdan 4-ü qazanaraq, titulu təmin etmək istəyirlər.

F-1.az xatırladır ki, həm Red Bull, həm də Ferstappen öz çempionatlarında ən yaxın rəqiblərinə böyük fərqlər atıblar. Əksəriyyət onların çempion olacağına şübhə etmir.

Helmut Marko: “Belçikada qələbə düşündüyümüzdən asan başa gəldi. Amma gördük ki, Maksın önü boşalanda hamıdan sürətlidir. Yarışda özünə çox güvənirdi. Son dövrlərdə çox rahatlıqla yarış qazanır. Bu onun istedadını göstərir. Bolidimizdəki motor da qələbəyə imkan verir. Hazırda hər şey əla gedir.

Maks çox üstün olsa da, sona 8 yarış qalıb. Hər qələbəyə 25 xal düşür və Braziliyada sprint yarışı da olacaq. Buna görə rahatlana bilmərik. Bəzi sahələrdə inkişaf etməliyik. Qalan yarışların dördündə qələbə qazanmalıyıq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*