FİA Red Bull və McLaren-in apellyasiyalarına baxacağı tarix bilindi

Gələn həftə FİA Monakoda yarış zamanı Pyer Qasliyə verilən, lakin sonradan ləğv olunan cəzalarla bağlı Red Bull və McLaren-in apellyasiyalarına baxacaq.

Bir çox sürücü kimi, Qasli də pit-leyndə sürət həddini aşdığına görə yekun nəticəsinə əlavə olunan iki cəza almışdı. Digər sürücülər cəzalarını Qran Pri zamanı çəkmişdilər, Pyerə isə cəza finişdən sonra əlavə olunmuşdu.

Yarışdan sonra Alpine komandası etiraz təqdim etmiş və stüardlar bunu təmin etmişdilər. Onlar qeyd etmişdilər ki, pit-leynin uzunluğu, deməli, sürət də yanlış ölçülüb. Nəticədə Qasli yekun təsnifatda üçüncü yerə yüksəlmiş, Red Bull-dan Ayzek Həcəri və yarış zamanı cəzasını çəkmiş McLaren-dən Oskar Piastrini qabaqlamışdı.

Hakimlər kollegiyasının qərarına və tərəflərin xahişinə əsasən, məxfiliyin qorunması məqsədilə dinləmə ictimaiyyət, KİV və orada iştirak etmək səlahiyyəti olmayan istənilən şəxs üçün qapalı keçiriləcək.

, , ,