L.Norris: Bu ən yaxşı nəticəmiz ola bilər

McLaren komandasının sürücüsü Lando Norris bildirib ki, Avstraliya yarışındakı nəticə onlar üçün bir müddət ən yaxşı nəticə ola bilər.

F-1.az xatırladır ki, McLaren mövsümə gözləniləndən pis başlasa da, Avstraliyada beçinci və altıncı yeri tutublar.

Lando Norris: “Bolid birinci sərbəst yürüşlərdən etibarən güclü idi. Bu da onu göstərir ki, boliddə potensial var. Lakin üzərimizdə işləməliyik, çünki bütün traslar Albert Park kimi bizə uyğun deyil. İndi komandada motivasiya var. Bu yarış onları sevindirdi.

Mercedes-lə mübarizə aparmaq istədik. Birinci döngədə öndə olsam belə, məni yenə də keçəcəkdilər. Gördüyümüz işə görə sevinməliyik. Onların maşını daha yaxşıdır. Bəhreyndə bizdən sürətli idilər və bu yarışdakı maşın da Bəhreyn ilə eyni idi.

Beşinci və altıncı yerlər yaxşı nəticədir. Əgər Ferrari və Red Bull tam komanda şəklində finiş görsəydi, daha pis yerdə olardıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*