K.Sayns həm sevinir, həm də məyusdur

McLaren komandasının sürücüsü Karlos Sayns bildirib ki, Norrisə hücum edə bilmədiyi üçün məyusdur.

F-1.az xatırladır ki, ispaniyalı sürücü yarışa 15-ci yerdən başlasa da, finişə 5-ci yerdə çatıb.

Karlos Sayns: “Artıq bir neçə həftədir yarışa 15-ci yerdən başlayarırıq və iki dəfə 5-liyə düşmüşük. Ona görə də xoşbəxtəm. Xüsusən də bu gün. Yarışa Soft təkərlərlə başladım. Onlar tez yeyilirdi, amma o təkərlərlə trasda çox qaldım və rəqiblərimi keçdim.

Amma yenə pit-stopda ləngidik və bu, məyusedicidir. Əgər belə olmasa, Landoya hücum edə bilərdik. Yenə də xoşbəxtəm. İkinci pitdən sonra Renault-ları rahatlıqla keçdim və bu, təəccüblüdür. Lando ilə mübarizə apara bilmədiyim üçün məyusam”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*