O.Safnauer: “Əsas mövsümün sonudur”

Force İndia komandasının baş əməliyyatçısı Otmar Safnauer bildirib ki, əsas mövsümün sonundakı nəticədir.

F-1.az xatırladır ki, Hindistan komandası son iki ildə 4-cü olsa da, Avstraliyada komandanın sürücüləri yalnız 11-ci və 12-ci ola bilmişdilər.

Otmar Safnauer: “Testlərdə rəqiblərlə fərqin qapandığını görmüşdük. İlk yarışda da bu isbatlandı. Artıq bütün rəqiblər bir-birilərinə yaxındırlar. Bu il hər komanda fərqli yarışlarda yaxşı nəticə göstərəcək. Dördüncü yer uğrunda mübarizə daha sərt olacaq. Hələ bir yarış geridə qalıb və böhranda deyilik. Bundan sonra bolidimizi yaxşı təkmilləşdirib rəqabətədavamlı olmağa çalışacağıq. Dördüncü yeri qorumaq çətin olacaq və var qüvvəmizlə mübarizə aparacağıq. İnkişaf vacibdir və qarşıda 20 yarış var. Hər şey ola bilər”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*