N.Hülkenberq: Norrislə mübarizə həzz verdi

Haas komandasının sürücüsü Niko Hülkenberq rəqibi Norrislə mübarizə aparmaqdan həzz alıb.

F-1.az xatırladır ki, almaniyalı sürücü Albert Parkdakı yarışda rəqibi Norrislə 7-ci yer uğrunda mübarizə aparmış və sonda onun hücumlarına tab gətirə bilməmişdi.

Niko Hülkenberq: “Yaxşı idi. Həzz aldım. Lakin sonda uduzanda əhvalınız pozulur. Yenə də üç ildən sonra üçüncü yarışda təkər-təkərə mübarizə aparmaq gözəl idi. Mübarizə aparanda xarici trayektoriyada qalmağa çalışdım, amma ora çirkli idi. Buna görə də trasdan çıxmalı oldum”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*