K.Maqnussen: Qazandığımız artıq pul bizi qabağa aparacaq

Haas komandasının sürücüsü Kevin Maqnussen bildirib ki, Mühəndislər Kubokunda səkkizinci yeri tutaraq qazandıqları artıq pul onlara müsbət təsir edəcək.

F-1.az xatırladır ki, Haas komandası ilin əvvəlində sürətli olub və bunun hesabına çempionatda 8-ci yeri tutub. Buna görə də əvvəlki illərə nisbətən daha çox bonus alacaqlar.

Kevin Maqnussen: “Səkkizinci yeri qorumaq vacib idi. Əbu Dabidə zəif olsaq da, yerimizi qoruya bildik və indi növbəti mövsümə köklənmişik.

Son iki ilə baxanda irəliyə doğru addım atmışıq. Daha yaxşı inkişaf üçün yaxşı təməlimiz var və növbəti mövsümü səbirsizliklə gözləyirəm. Bu il çox şey öyrəndik və onları gələn tətbiq edəcəyik.

Çempionatı üst pillələrdə bitirdiyimiz üçün daha çox pul qazanacağıq. Bu da daha çox inkişaf deməkdir. Bundan başqa MoneyGram adlı titul sponsorumuz da olacaq. Ümid edirəm ki, hər şey istədiyimiz kimi gedər”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*