K.Maqnussen: “Nikoya hörmət edirəm”

Haas komandasının sürücüsü Kevin Maqnussen bildirib ki, Niko Hülkenberqə hörmət edir.

F-1.az xatırladır ki, danimarkalı sürücü 2017-ci ilin Macarıstan yarışında Hülkenberqlə təmas yaşamış və yarışdan sonra iki pilot arasındakı münasibətlər son həddə çatmışdı. Nəticədə Maqnussen almaniyalı rəqibini təhqir etmişdi.

Lakin bəzi iddialara əsasən Hülkenberq gələn il Haas komandasında Roman Qrojanı əvəz edə bilər. Bu isə Helkenberq və Maqnussenin komanda yoldaşı olacaqları deməkdir.

Kevin Maqnussen: “Biz trasda bir-birimizin rəqibiyik və dost deyilik. Onun istedadına hörmət edirəm. O, əsl yarışçıdır və onun haqda pis şey düşünmürəm. İnsanlar köhnə hadisələrə ilişiblər. O vaxt bizim davamız kameralara düşməsəydi, hazırda bu barədə danışmayacaqdıq. Bu hadisə çox şişirildi. Nikoya hörmət edirəm və onunla şəxsi problemim yoxdur. Nikonu yaxından tanımasam da, heç kim onun barədə pis söz demir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*