T.Volff: Melburndakı performansımız trasa görədir

Mercedes Motorsport-un rəhbəri Toto Volff bildirib ki, Albert APrkda trasın quruluşuna görə sürətli olublar.

F-1.az xatırladır ki, Mercedes Albert Parkdakı sıralanma turunda 2 və 3-cü yerləri tutmuş, yarışda isə Həmiltonla finişə ikinci yerdə gəlmişdi.

Toto Volff: “Melburnda həm sıralanma, həm də yarış tempində güclü idik. Maksimum nəticə qazandıq. Ferrari və Aston Martin-lə mübarizə etdiyimizi görmək gözəldir, amma səviyyəmizi qorumalıyıq. Bolid haqda nə qədər ço şey öyrəni b və nə qədər çox yenilik hazırlasaq, o qədər inkişaf edərik.

Red Bull DRS vasitəsilə düzlüklərdə çox sürətlənir. Amma bu idmanda bunu hamı edə bilər. Biz də bolidi sürətli etməyin yolunu tapmalıyıq. Bolidimizin arxa tərəfi yaxşı deyil, ancaq Avstraliya trası bizə çox kömək etdi. Buna görə də daha güclü göründük”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*