Zak Braun: Dörd komandanın sürəti təxminən bərabərdir

Sinqapur Qran Prisinin startı ərəfəsində McLaren Racing-in icraçı direktoru qarşıdan gələn yarışla bağlı gözləntilərini bölüşüb, lakin əvvəlcə şənbə sprintinin sondan əvvəlki dövrəsində Lando Norrislə Oskar Piastri arasında baş vermiş dünənki insidentdən danışıb.

Zak Braun: “Təbii ki, biz hər iki sürücü ilə danışmışıq və onlara birmənalı tapşırıq verilib – belə insidentlərə bir daha yol verməmək. Aydındır ki, məyusuq, çünki bu hadisənin qarşısını tamamilə almaq mümkün imiş.

Bu insident komandanın çox güclü təzyiq altında olduğu bir vaxtda baş verib, çünki biz Mühəndislər Kubokuda Ferrari-ni yaxalamağa çalışırıq, eyni zamanda, Red Bull Racing də bizə çatır. Amma nəticə çıxaracağıq, müəyyən dərslər alacağıq – yəqin ki, komanda öz yanaşmalarından bəzilərinə düzəliş etməlidir.

Qarşıdakı yarışdan danışsaq, Ferrari çox sürətlidir, amma yenə də onların arxasında qala biləcəyik. Ümumiyyətlə, məncə, hansı mövqedə olsaq da, onu qorumağa gücümüz çatar. Buna görə əsas vəzifə yaxşı start almaqdır, çünki üç-dörd komandanın sürəti təxminən eynidir və maşınlar təxminən eyni tempə malikdir, hərçənd görünür, Maks Ferstappen hamıdan bir addım öndədir. Ona görə də hadisələrin necə inkişaf edəcəyini görəcəyik”.