25 Mart 2019, Bazar ertəsi - 04:14

Z.Braun: “Ceyms MCL35-in atası olacaq”

Z.Braun: “Ceyms MCL35-in atası olacaq”

Müəllif: Rauf Hacıyev, redaktor

10:16 - 22 Dekabr, 2018

McLaren komandasının rəhbəri Zek Braun bildirib ki, Ceyms Ki 2020-ci il mövsümü üçün maşın hazırlayacaq.

F-1.az xatırladır ki, Toro Rosso-nun texniki direktoru Ceyms Ki yayda McLaren-lə anlaşsa da, “qırmızı buzovlar” britaniyalı mütəxəssisi komandadan buraxmaq istəməyiblər. Amma tərəflər uzunmüddətli danışıqlardan sonra ortaq məxrəcə gələ biliblər və Ki gələn ildən sərbəst olacaq. Lakin Ceymsin 2019-cu ildə McLaren-ə kömək edəcəyi real görünmür.

Zek Braun: “Jil de Ferranı gətirdik. Onda yarışçı instinkеləri var və strategiya cəhətən çox ağıllıdır. Andrea Stella inkişaf və təhlil qrupunun rəhbəru oldu. Pət Fray MCL34-ün dizaynına rəhbərlik edəcək. Ceyms Ki isə texniki rəhbərimiz olacaq. Formula1 sabit deyil. Tez-tez dəyişir. Buna görə də daha çox inkişaf gözləyirəm.

Daha əvvəl çoxlu yarışlar qazanmış Pət Fray 2018-ci ildə yenidən sıralarımıza qoşuldu və MCL34-ün inkişafında mühüm rol oynayır. Amma Ceyms 2019-cu ilin maşınının yığılmasında iştirak etməsə də, inkişafa kömək edəcək. O, MCL35-in atası olacaq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 284
Teqlər , ,
Paylaş

logo