15 Oktyabr 2019, Çərşənbə axşamı - 22:49

Rəsmən: Z.Braun McLaren-in təklifini qəbul edib!

Rəsmən: Z.Braun McLaren-in təklifini qəbul edib!

Müəllif: Elçin Zodorov, redaktor

05:14 - 22 Noyabr, 2016

Sabiq sürücü, məşhur iş adamı 44 yaşlı Zek Brauna son günlərdə iki iş təklifi gəlib. Onlardan biri Liberty Mediadan idi – Braunu Formula1-in kommersiya direktoru təyin etmək istəyirdilər. Digər təklif isə Ron Dennisi təzəlikcə istefaya göndərən McLaren Technology Group-dan gəlib. Braun McLaren-in təklifini qəbul edib.

F-1.az xatırladır ki, McLaren Technology Group-un səhmdarları keçən həftə Ron Dennisi istefaya göndərmişdilər. Təcrübəli mütəxəssisin şirkətlə 2017-ci ilin yanvar ayına qədər müqaviləsi var. Lakin o, məcburi məzuniyyətə göndərilib və müqaviləsi bitdikdən sonra McLaren-dən tamamilə ayrılacaq. Səhmdarlar Dennisi əvəzləyə biləcək bir mütəxəssis axtardıqlarını etiraf etmişdilər və Zek Braunun adı tez-tez komanda ilə hallanırdı. Nəhayət ki, gözlənilən rəsmi açıqlama gəlib – Braun McLaren-in təklifini qəbul edib.

McLaren Group:  “Zek Braunun şirkətə qoşulduğunu elan etməkdən məmnunuq. Bu təyinat bizim yenidənqurma, biznes və Formula1-dəki çıxışımızla bağlı strateji əməliyyatların daxil olduğu bir prossesin mühüm hissəsidir. Əməliyyat direktoru Conatan Nil və Zek Braun yeni icraçı direktorun kim olacağına aydınlıq gələnə qədər birlikdlə işləyəcəklər”.

Zek Braun:McLaren Technology Group-a qoşulduğum üçün qürur duyuram. Şirkətin bu günə qədər qazandığı bütün uğurlarına hörmətlə yanaşıram. Bu inkişaf dövründəki növbəti addımlara öz töhfəmi vermək üçün səbirsizlənirəm. İllərdir ki, McLaren ilə əməkdaşlıq etmişəm. Bütün kollektivin istedadından və işini sevməsindən təsirlənmişəm. Dünyanın ən böyük avtoidman marketinq şirkəti olan Just Marketing International-ın banisi olaraq McLaren ilə tez-tez əməkdaşlıq etmişəm. Birlikdə bəzi mükəmməl işlərimiz olub – Johnnie Walker, GSK, Hilton, Lenovo, ChandonNTT kimi şirkətlərlə birlikdə müqavilələr bağlamışıq. Mən yeni vəzifəmdə avtoidman və biznes təcrübələrimdən istifadə edəcəm”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 821
Teqlər , , , ,
Paylaş

logo