13 Noyabr 2019, Çərşənbə - 04:33

McLaren Alonsoya yeni müqavilə təklif etməyə hazırdır

McLaren Alonsoya yeni müqavilə təklif etməyə hazırdır

Müəllif: Elçin Zodorov, redaktor

14:17 - 14 Dekabr, 2016

İspan sürücünün McLaren-lə müqaviləsi 2017-ci ilin sonunda başa çatır.

F-1.az xatırladır ki, Fernando dəfələrlə karyerasını davam etdirməsinin hisslərindən asılı olduğunu bildirib. Əgər gələn il tamamilə yenilənəcək bolidlərlə yarışmaqdan həzz alsa, maşın rəqabətədavamlı olsa, ikiqat dünya çempionu növbəti mövsümlərdə də yarışa bilər. Mclaren Technology Group-un yeni icraçı direktoru Zek Braun Sky Sports-a bildirib ki, onlar Fernandoya yeni üçillik müqavilə təklif etməyə hazırlaşırlar.

Zek Braun: “Sürücülərlə danşıqlar aparmaq Erik Bulyenin səlahiyyətlərinə daxildir. Lakin biz tezliklə danışıqlara başlamaq niyyətindəyik. Hesab edirik ki, dünyanın ən yaxşı sürücülərindən olan Fernando Alonso komandada qalmalıdır”.

Qeyd edək ki, Alonso Rosberin yerinə keçməyə ən real namizədlərdən hesab olunurdu, lakin sürücü dünənki açıqlamasında McLaren Honda-da qalmaq istədiyini bildirib.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 1. 468
Teqlər , ,
Paylaş

logo