F.Alonso avtoidmana nə verə bilər?

Sabiq Formula1 sürücüsü Stefan Yohansson bildirib ki, Fernando hazırda ən güclü sürücülərdəndir və fərqli seriyalarda yarışması avtoidmanın tanınması üçün yaxşıdır.

F-1.az xatırladır ki, ispaniyalı sürücü ən çox fanı olan pilotlardan biridir. 36 yaşlı sürücü keçən il İndy500-də iştirak etmiş və güclü performans göstərsə də, mübarizəni yarıda saxlamalı olmuşdu. Alonso bu il nüfuzlu 24 saatlıq Daytona marafonunda iştirak edəcək və bu yarışa maraq indidən artıb.

Stefan Yohansson: “Bütün bunlar həyəcanvericidir. Fernandonun fərqli seriyalarda yarışması mükəmməldir. Bunun hesabına insanlar yeni yarışlarla tanış olurlar. Fernando Dünyanın ən nüfuzlu sürücülərindəndir. Formula1-dəki digər sürücülər Alonsonun fərqli seriyalarda yarışmasından nümunə götürə bilərlər”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*