Ferstappen Alonso ilə komanda yoldaşı olmaq istəyir

F-1.az xəbər verir ki, İkiqat dünya çempionu Maks Ferstappen bir gün Fernando Alonso ilə eyni ekipajda 24 saatlıq Le Man marafonunda çıxış edəcəyini istisna etməyib.

Maks Ferstappen: “Formula1-dən sonra başqa seriyalarda yarışmaq istərdim, bu, əla olardı. Red Bull ilə müqaviləm 2028-ci ildə başa çatacaq, o vaxt mənim 31 yaşım olacaq. Təbii ki, daha bir neçə il yaxşı rəqabət apara bilərəm. Daha az təzyiq və daha yüngül qrafiklə başqa işlərlə məşğul olmağı istəyə bilərəm.

Alonso heç vaxt yarışmağı dayandırmayacaq. Bu baxımdan biz fərqliyik. Amma birlikdə mübarizə aparmaq üçün şans əldə etmək əla olardı. Fernando buna hazırdırsa, o zaman mütləq qələbəyə can atacaq. Bu baxımdan da bizim yanaşmamız eynidir. Mən hadisələri qabaqlamaq istəmirəm, hazırda WEC-də çox şey dəyişir. İndi Fernandonun 41 yaşı var və o, yarışmağa davam etsə, 50 yaşında da indiki kimi sürətli olacağına şübhəm yoxdur! Bizim vaxtımız var”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*