Z.Braun: “Alonso getməyəcək”

McLaren-dən Zek Braun bildirib ki, Fernando Alonsonun komanda ilə müqaviləsi var və buna görə də ispaniyalı Mercedes-ə getməyəcək.

F-1.az xatırladır ki, Fernando Alonso 2014-cü ildə McLaren komandası ilə üçillik müqavilə bağlayıb və ispaniyalının müqaviləsi gələn ilin sonunda bitir.

Mercedes isə təqaüdə çıxan Rosberqin əvəzinə pilot axtarır. Alternativlər arasında Alonso da var. Mercedes Motorsport-un rəhbəri Toto Volff Alonsonun yaxşı seçim olduğunu desə də, Zek Braun 35 yaşlı sürücünün komandada qalacağını deyib: “Fernando ilə müqaviləmiz var və o burada xoşbəxtdir. Bizimlə yarışlar qazanmaq istəyir. Digər ssenarilərə görə narahat deyiləm. Bu mövzu barədə çox rahatam”.

Bəzi iddialara görə, Alonsonun müqaviləsində “komandadan gedə bilər” maddəsi var. Amma Ron Dennis keçən il bunu təkzib etmişdi: “Bizimlə üçillik müqaviləsi var və müqaviləsini vaxtından əvvəl pozmaq barədə heç bir maddə yoxdur. Hər şey bu qədər sadədir. Onun imzalamaq istədiyi şey bu idi. Bundan artıq nə deyim?”

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*