21 Avqust 2019, Çərşənbə - 03:03

Həmilton və Rosberqə cəza verilməyib

Həmilton və Rosberqə cəza verilməyib

Müəllif: Rauf Hacıyev, redaktor

20:27 - 15 May, 2016

İspaniya yarışının ilk dövrəsində insident yaşayaraq yarışxarici qalan Həmilton və Rosberqə stüardlar tərəfindən heç bir cəza verilməyib.

F-1.az xatırladır ki, Həmilton Niko Rosberqi keçmək istəyəndə, idarəetməni itirib və yerində fırlanaraq, komanda yoldaşına çırpılıb. Hər iki sürücü də çınqıllı sahəyə çıxaraq, yarışı dayandırıblar.

Yarışın gedişi zamanı Qran Prinin stüardları insidenti finişdən sonra araşdıracaqlarını bildiriblər.

Araşdırmalardan sonra FİA hər iki sürücüyə də cəza verməyib və qəzanın yarış insidenti olduğunu bildiriblər. Beləliklə, heç bir sürücüyə cəza verilməyib.

Həmilton qəzadan sonra bildirib ki, Niko Rosberqdən sürətli olub: “Ondan 17 km/saat sürətli idim və bunun üçün boşluğa girdim”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 443
Teqlər , ,
Paylaş

logo