Z.Braun: “Alonso dünyanın ən yaxşısıdır”

McLaren Group-un rəhbəri Zek Braun bildirib ki, Alonso ideal formadadır və dünyanın ən güclü sürücüsüdür.

F-1.az xatırladır ki, Alonso son çempionluğunu 2006-cı ildə, son qələbəsini isə 2013-cü ilin Barselona yarışında alıb. İspaniyalı sürücü McLaren ilə keçirdiyi son iki ildə podiuma belə yüksələ bilməyib və ən yaxşı nəticəsi 5-ci yer olub.

Bu mövsümün ilk yarışında da mükəmməl performans göstərməsinə baxmayaraq, mübarizəni vaxtından əvvəl dayandıran Alonsonun mövsümün ortasında istefa verəcəyi barədə söz-söhbətlər gəzir.

Zek Braun: “Fernando formadadır və motivasiyalжdır. İstəsə, karyerasına 5 il də davam edə bilər. Qalmağa həvəslidir. Ona güclü bolid verə bilsək, davam edəcəyini düşünürəm. Onu başa düşürəm. Qalib gəlmək istəyir. Heç kim onun kimi qələbəyə istəkli deyil. Amma o qüsursuz davranır və hiss etdiklərini deyir. O, dünyanın ən yaxşı sürücüsüdür”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*