F.Alonso: “Maksimum nəticə aldıq”

McLaren komandasının sürücüsü Fernando Alonso sıralanma turunda maksimum nəticə göstərdiklərini deyib.

F-1.az xatırladır ki, ispaniyalı sürücü Çin yarışına 13-cü yerdən start verəcək. Beləliklə, McLaren komandası mövsümün 3-cü sıralanma turunda da son sessiyaya qala bilməyib.

Fernando Alonso: “11-ci yer ən ideal idi və o yer üçün işləyirdik. Çünki strategiya seçimi üçün ən yaxşı yer oradır. Lakin mümkün olmadı və 13-cü yer maksimum idi. Sabah çoxlu xal almağa çalışacağıq. Yerimiz pis deyil. Son sessiyaya qalan bütün sürücülər problem yaşayacaqlar. Çünki UltraSoft tərkiblərə görə erkən pit-stop edəcəklər. Biz isə Bəhreyndəki kimi tempimizi artırmalıyıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*