C.Rassell: İrəli addım atmışıq

Ciddədəki yarışda Mercedes komandası əsas rəqiblərindən biri Ferrari-dən daha üstün olub.

F-1.az xəbər verir ki, komandanın gənc sürücüsü irəliyə doğru addım atdıqlarını düşünür.

Corc Rassell: “Bəhreynlə müqayisədə biz bir addım irəli atdıq. Bu, tədricən yeni maşının potensialını açmağa başlamağımıza kömək edir. Şənbə günü təsnifat mərhələsində yaxşı çıxış etdim, bazar günü dördüncü oldum. Hesab edirəm ki, bu, indi mümkün olan maksimum nəticədir. Maşın özünü yaxşı apardı. Əminəm ki, hər yarışda daha yaxşı olacağıq.

Düşünürəm ki, Melburnda da şəkil eyni olacaq. Oxşar asfalt örtüyü var, bir neçə sürətli və hamar döngələr var. Güman edirəm ki, qüvvələr balansı təxminən eyni olacaq. Sıralanma turunda nəticələr çox sıx olacaq”.
, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*