L.Həmilton kinolarda çəkilmək istəyir

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, Formula1-dən getdikdən sonra kinolarda çəkilmək istəyir.

F-1.az xatırladır ki, britaniyalı sürücü 7 dəfə Dünya Çempionu olaraq, bu statistikada Mixael Şumaxerlə birlikdə birinci yerdədir. O, hazırda 8-ci titul üçün mübarizə aparır. Lyuis həm də ən çox poul və yarış qazanan sürücüdür.

Həmilton Formula1-dən başqa fərqli sahələrlə də maraqlanır. Onun Extreme E-də öz komandası var və musiqiyə, dəbə və incəsənətə maraq göstərir. Əfsanəvi pilotun 36 yaşı var və onun üç il ərzində idmandan gedəcəyi güman olunur.

Lyuis Həmilton: “Kinoda çəkilmək istəyərəm. Gördüyüm hər işdə ən yaxşı olmaq istəyirəm və bunun üçün üzərimdə işləməliyəm. Əgər kinoda oynayacağamsa, dərslər almalı və hisslərimi düzgün ifadə etməliyəm. Hazırda bunu etməyə vaxtım yoxdur. Ancaq təqaüdə çıxandan sonra bu barədə düşünürəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*