Liam Louson: “Nəticəyə görə çox şadam və komandamızla qürur duyuram. Son bir neçə həftə kifayət qədər gərgin alınıb, amma komanda geridə qalan hər üç yarışda xal qazanıb. Şəxsən mən də bu üç yarışın hamısında xal qazanmalı idim, amma ən azı son bir neçə uik-end plan üzrə keçib.
Bu uik-end sprintdə və yarışda xal qazandığıma görə çox şadam. İndi məqsədim bu seriyanı davam etdirmək və mövsümün sonuna qədər hər uik-end ilk onluqda finiş görməkdir”.





