Avstraliya-2022: Birinci sərbəst yürüşlər

Yenilənmiş Albert Park trasında ilk sessiya günəşli havada və dolu tribunalar önündə baş tutub. Görünür, yerli azarkeşlər F1 üçün çox darıxıblar.

F-1.az bildirir ki, koronavirusa yoluxduğu üçün ilk 2 yarışı buraxmalı olan Fettel bu il ilk rəsmi sessiyasına çıxıb. Maqnussenin dünən zəhərlənmədən şikayət etsə də, bu gün sükan arxasına keçib.

Sayns ön qanaddakı aerodinamik sensor işləmədiyi üçün trasa yalnız bu problem aradan qaldırıldıqdan sonra çıxıb. 20 dəqiqə sonra isə Peresin maşınından aerodinamik elementlər qopduğu üçün qırmızı bayraqlar dalğalanıb. Tras tozlu və sürüşkən olub. Maqnussen 3-cü döngədə trasdan çıxıb, daha sonra isə Alonso yerində fırlanıb.

Qırmızı bayraqlar bir də sona 15 dəqiqə qalmış peyda olub – Fettel motorda problem yarandığı üçün düzlükdə dayanıb. Maşın tüstülənib, sürücü özü yanğınsöndürənlə müdaxilə etməyə çalışıb. Fasilə 5 dəqiqə davam edib.

Protokollara Karlos Sayns başçılıq edib – 1:19.806. Məşqlər bu gün davam edəcək…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 55 Karlos Sayns Ferrari 1:19.806 24
2 16 Şarl Lekler Ferrari 1:20.377 + 0:00.571 21
3 11 Serxio Peres Red Bull 1:20.399 + 0:00.593 20
4 1 Maks Ferstappen Red Bull 1:20.626 + 0:00.820 22
5 4 Lando Norris McLaren 1:20.878 + 0:01.072 22
6 31 Esteban Okon Alpine 1:21.004 + 0:01.198 27
7 44 Lyuis Həmilton Mercedes AMG 1:21.027 + 0:01.221 26
8 3 Daniel Rikkardo McLaren 1:21.155 + 0:01.349 23
9 14 Fernando Alonso Alpine 1:21.229 + 0:01.423 21
10 77 Valtteri Bottas Alfa Romeo 1:21.247 + 0:01.441 23
11 22 Yuki Tsunoda AlphaTauri 1:21.289 + 0:01.483 26
12 63 Corc Rassell Mercedes AMG 1:21.457 + 0:01.651 26
13 5 Sebastyan Fettel Aston Martin 1:21.661 + 0:01.855 18
14 10 Pyer Qasli AlphaTauri 1:21.701 + 0:01.895 26
15 24 Quanyu Çjou Alfa Romeo 1:21.821 + 0:02.015 21
16 18 Ləns Stroll Aston Martin 1:21.869 + 0:02.063 24
17 23 Aleksander Elbon Williams 1:22.754 + 0:02.948 25
18 20 Kevin Maqnussen Haas 1:23.186 + 0:03.380 18
19 6 Nikolas Latifi Williams 1:23.924 + 0:04.118 25
20 20 Mik Şumaxer Haas 1:24.349 + 0:04.543 15
, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*