K.Sayns: Zarafatlara gülürəm

McLaren komandasının sürücüsü McLaren komandasının sürücüsü Karlos Sayns bildirib ki, insanlar onun gələn il Ferrari-yə keçməsinə istədikləri qədər gülə bilərlər.

F-1.az xatırladır ki, McLaren bu il Mühəndislər Kubokunda üçüncü yerdədir. Ferrari isə onlardan 32 xal geridə, 6-cı yerdədir.

Karlos Sayns: “İstədikləri qədər gülsünlər. Zarafatlardan bəziləri doğrudan da gülməlidir. Mənim və ya sürücülər barədə zarafatlar edəndə gülürəm. Onlardan həzz alıram. Düz və ya səhv olduqlarını demirəm. Sadəcə gülürəm.

Hazırda McLaren-ə fokuslanmışam. Ancaq mövsüm bitən kimi İtaliyaya köçəcəm. Ferrari mənimçün ev axtarır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*