K.Sayns: Maşından maksimumu aldım

McLaren komandasının sürücüsü Karlos Sayns bildirib ki, maşında limitləri sona qədər istifadə edərək, üçüncü olub.

F-1.az xatırladır ki, ispaniyalı sürücü İtaliyadakı sıralanma turunda Mercedes-lərdən 0.8 saniyə geridə qalaraq üçüncü olub və karyerasının ən yaxşı sıralanma turu nəticəsini əldə edib.

Karlos Sayns: “Düzünü desəm, ilk sessiyadan bəri özümü yaxşı hiss edirdim. Sadəcə bir təkər dəstindən istifadə edərək, ikinci sessiyaya çıxdıq. Ondan sonra hədəfim 19.6 zaman nəticəsi göstərmək idi və bilirdim ki, bu nəticə məni beşliyə salacaq.

Son dövrəmdə isə az qala idarəetməni itirirdim. Lesmonun çıxışında problem yaşadım və ondan sonra qorxa-qorxa sürdüm. Çünki Parabolika və Askaridə hər şeyi bir araya gətirməli idim. Buna görə də riskə getdim və Askariyə girərkən maksimumu aldım.

Yarış tempimizə görə üçüncü deyilik. Ancaq əlimizdən gəldiyi qədər bu yeri qorumağa çalışacağıq. Düşünürdüm ki, burada Renault komandasının sürücüləri bizdən güclü olacaq, amma bu dövrə ilə qorxularımı məğlub etdim”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*