D.Rikkardo: Braziliyada karnaval havası var

McLaren komandasının sürücüsü Daniel Rikkardo bildirib ki, Meksikadakı performansını Braziliyada davam etdirmək istəyir.

F-1.az xatırladır ki, avstraliyalı sürücü Meksikada mükəmməl performans göstərmiş və 10 saniyə cəza almasına baxmayaraq, 7-ci yeri tutmuşdu.

Daniel Rikkardo: “Braziliyaya gəldiyim üçün sevincliyəm. Burada azarkeşlər mükəmməldir və karnaval havası var. Tras enişləri, yoxuşları və döngələri ilə çox maraqlıdır. Burada bizi maraqlı yarış gözləyir. Şənbə günü sprint yarışına görə azarkeşləri maraqlı həftəsonu gözləyir.

Meksikadan sonra kefim kökdür. Bu tempimi son iki yarışa əks etdirmək istəyirəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*