14 Noyabr 2019, Cümə axşamı - 15:36

D.Rikkardo: “Yeni Renault mühərriyində inkişaf var”

D.Rikkardo: “Yeni Renault mühərriyində inkişaf var”

Müəllif: Rauf Hacıyev, redaktor

06:43 - 18 May, 2016

Daniel Rikkardo bu gün Renault-nun ilk dəfə trasa çıxardığı yeni mühərriyin performansını bəyənib və yeni mühərriyin irəliyə doğru addım atdığını təsdiqləyib.

F-1.az xatırladır ki, Renault üzərində işlədiyi yeni mühərriyi dünən ilk dəfə Barselonadakı mövsümiçi testlərdə yoxlayıb. Həm Renault, həm də Red Bull bolidində yeni mühərriklər qurulub. Rikkardo testlərdə 6-cı yeri tutsa da, bildirib ki, test istədikləri kimi keçib.

Daniel Rikkardo: “Bəli, indiyə qədər işin gedişatından razıyıq. Görək bu axşam nə yenilik tapacaqlar. Amma çox dözümlü idi və hər şey gözlədiyim kimi qüsursuz idi”.

Jurnalistlər Rikkardodan performans fərqini hiss edib-etmədiyini soruşublar: “Bəli. Qətiliklə deyə bilərəm ki, inkişaf var.

İndi növbəti addımı atmalıyıq. İndi Mercedes-ə çatmaq üçün kiçik bir addıma ehtiyacımız var. Ancaq yaxınlaşırıq. Bu bizi həyəcanlandırır.

Monakoda qələbə qazanmaq üçün yaxşı şansımız olacaq. Həftəsonu əlimizə yaxşı fürsət düşmüşdü. Ancaq Monako daha maraqlı olacaq”.

Red Bull komandasının rəhbəri Kristian Horner bildirib ki, mühərrikdə istədikləri kimi inkişaf olsa, yeni mühərriyi Kanadada yox, Monakoda istifadə edə bilərlər.

Daniel Rikkardo: “Görək nələr edə biləcəyik. Əgər Monakoya hazır olsa, təbii ki, istəyərik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 425
Teqlər , , , ,
Paylaş

logo