D.Rikkardo: “Toro Rosso bizdən öndə olsa da, narahat olmayacayıq”

Daniel Rikkardo Toro Rosso-ya məğlub olarlarsa, bunun böyüdülməli məsələ olmadığını düşünür...

F-1.az xatırladır ki, bu mövsüm yenidən Ferrari mühərriklərinə qayıdan Toro Rosso-nun təxminən 1 saniyə sürətlənəcəyi gözlənilir. Red Bull isə Renault mühərrikləri ilə mövsümün startının çətin olacağını düşünür. Amma növbəti yarışlar üçün daha ümidlidirlər…

Daniel Rikkardo: “Toro Rosso mövsümün əvvəlində daha yaxşı vəziyyətdə ola bilər. Bizdən öndə olmaları mümkündür. Amma mövsümboyu daha çox inkişaf imkanımız olacaq. Biz onlardan böyük komandayıq. İlk yarışlardan onlardan öndə olsaq, bu çox yaxşı nəticə olar. Amma Melbrunda bizi keçsələr, bu mənim cəsarətimi qırmayacaq”.

 

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*