F1 pilotları Montsada futbol oynayıblar

Oyun İtaliyada baş vermiş zəlzələdən əziyyət çəkənlərə dəstək məqsədi ilə, Montsa trasının əsas düzlüyündə baş tutub. Pilotların rəqibləri veteran futbolçular olub.

F-1.az xəbər verir ki, rəqib komandada Dida, Mişel Salqado, David Trezege, Robert Pire və Kristian Karambö kimi sabiq futbolçular olub. F1 pilotlarını isə oyunda Fernando Alonso, Maks Ferstappen, Colion Palmer, Serxio Peres və Daniel Rikkardo təmsil edib. Vurulan hər bir qola görə zəlzələdən əziyyət çəkənlərə 1000 Avro ödənilməsi nəzərdə tutulub. Oyun 22-10 hesabı ilə futbolçuların xeyrinə başa çatıb.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*