M.Ferstappen: “Mercedes-lə mən də çempion olardım”

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, Mercedes sürsəydi, rahatlıqla çempion olardı.

F-1.az bildirir ki, Həmilton 2014-cü ildən bəri keçirilən 100 yarışda 51 qələbə qazanıb və poul sayında Şumaxeri keçərək yeni rekord müəyyənləşdirib. Hazırda 73 qələbə qazanmış britaniyalı sürücünü əfsanəvi Mixaeldən 18 yarış qələbəsi ayırır.

Bu il 5-ci çempionluğunu qazanan Həmilton iki dəfə də çempion olsa, bu statistikada Şumaxerə çatacaq. Lakin 33 yaşlı sürücü 2014-cü ildən əvvəl bütün statistikalarda Alonso və Fetteldən geridə idi.

Maks Ferstappen: “Mən, Fettel, Alonso və Rikkardo da elə maşınla çempion olardıq. Bolid üzərində olan kameradan görüntülərə baxanda Mercedes-in bəzən tam sürətlə getmədiyini görürəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*