05 Dekabr 2019, Cümə axşamı - 19:10

D.Kvyat: “Normal halıma qayıtdım və özümü daha yaxşı hiss edirəm”

D.Kvyat: “Normal halıma qayıtdım və özümü daha yaxşı hiss edirəm”

Müəllif: Elçin Zodorov, redaktor

11:47 - 21 Sentyabr, 2016

Toro Rosso-nun rusiyalı sürücüsü Sinqapur Qran Prisindəki nəticədən sonra hər şeyin qaydasna düşdüyünü bildirib.

F-1.az xatırladır ki, Daniil Kvyat mövsümə Red Bull-da başlamasında və Çin Qran Prisində podiuma yüksəlməsinə baxmayaraq, Rusiya Qran Prisindən sonra Toro Rosso-ya göndərilmiş, yerində Maks Ferstappen gətirilmişdi.

Toro Rosso-da uzun müddət adaptasiya problemi yaşayan Kvyat Sinqapur Qran Prisində yaxşı təsir bağışlamışdı. Yarışda Ferstappenə qarşı müdafiəsi ilə diqqətləri cəlb edən rus pilot əvvəlki vəziyyətinə qayıtdığını bildirib: “Yarış xoşuma gəldi. Özümü yaxşı hiss edirəm, yarışmaq istəyim artıb və normal vəziyyətimə qayıtdığımı düşünürəm. Bir müddət Formula1-dən soyumuşdum. Amma son yarış mənim üçün yaxşı sınaq oldu. Əlimdən gələni etdim.

Bir pilot kimi çətin dövrdən keçdim amma artıq yarışmağa hazıram. Burada olduğum üçün özümü yaxşı hiss edirəm və işimi görməyə davam edəcəyəm. Sinqapur yarışı əla keçdi və bunu növbəti yarışlarda da təkrarlaya bilərəm”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 380
Teqlər , , , ,
Paylaş

logo