Belçika-2020: İkinci sərbəst yürüşlər

Sessiyadan əvvəl bir qədər yağış yağıb, asfalt start ərəfəsində yavaş-yavaş qurumağa başlayıb. Sürücülər trasın vəziyyətinin tam düzəlməsini 15 dəqiqə gözləyiblər.

F-1.az xəbər verir ki, güc qurğusunun dəyişdirilməsi üçün səhərki məşqləri buraxmalı olan Haas sürücüləri bu dəfə də ilk 1 saatı boksda keçirməli olublar. Norris motorun güc itirməsindən şikayət edib. Mexaniklər onun maşını üzərində işləyiblər və qısa müddət sonra trasa qayıdıb.

Rikkardoya 68-ci dəqiqədə maşını saxlamaq göstərişi verilib, buna səbəb maşının hidravlik sistemindəki təzyiqin qəflətən düşməsi olub. Təxliyə üçün Virtual Təhlükəsizlik Maşını rejimi elan edilib.

Sona 12 dəqiqə qalmış birinci döngədən trasa düşən reklam lövhəsinin götürülməsi üçün sessiya qırmızı bayraqlarla dayandırılıb. Bir neçə dəqiqə sonra yenidən restart verilib.

Bu dəfə protokollara Maks Ferstappen başçılıq edib – 1:43.744. Məşqlər sabah davam edəcək…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 33 Maks Ferstappen Red Bull 1:43.744 21
2 3 Daniel Rikkardo Renault 1:43.792 + 0:00.048 12
3 44 Lyuis Həmilton Mercedes AMG 1:43.840 + 0:00.096 23
4 23 Aleksander Elbon Red Bull 1:44.134 + 0:00.390 21
5 11 Serxio Peres Racing Point 1:44.137 + 0:00.393 23
6 77 Valtteri Bottas Mercedes AMG 1:44.162 + 0:00.418 27
7 4 Lando Norris McLaren 1:44.168 + 0:00.424 22
8 31 Esteban Okon Renault 1:44.208 + 0:00.464 23
9 55 Karlos Sayns McLaren 1:44.474 + 0:00.730 23
10 10 Pyer Qasli AlphaTauri 1:44.600 + 0:00.856 27
11 18 Ləns Stroll Racing Point 1:44.678 + 0:00.934 23
12 26 Daniil Kvyat AlphaTauri 1:44.826 + 0:01.082 26
13 99 Antonio Covinatsi Alfa Romeo 1:44.861 + 0:01.117 29
14 7 Kimi Rəykkönen Alfa Romeo 1:44.896 + 0:01.152 23
15 16 Şarl Lekler Ferrari 1:45.440 + 0:01.696 19
16 63 Corc Rassell Williams 1:45.463 + 0:01.719 25
17 5 Sebastyan Fettel Ferrari 1:45.683 + 0:01.939 21
18 6 Nikolas Latifi Williams 1:45.774 + 0:02.030 26
19 8 Roman Qrojan Haas 1:45.834 + 0:02.090 12
20 20 Kevin Maqnussen Haas 1:46.242 + 0:02.498 12
, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*