İspaniya-2018: Günün sürücüsü – Lyuis Həmilton

2016-cı ildən çempionatın təşkilatçıları “Günün sürücüsü” adlı yeni mükafat təsis ediblər. Mükafatın sahibi yarışın sonlarına yaxın çempionatın rəsmi saytında yerləşdirilmiş sorğunun nəticələrinə görə müəyyən edilir.

F-1.az xəbər verir ki, yarışa pouldan başlayan, finişə qədər səhvə yol verməyərək mövsümdə ardıcıl ikinci qələbəsini qazanan Lyuis Həmilton “Günün Sürücüsü” seçilib. Britaniyalı sürücü bu ada cari mövsümdə ilk dəfə, karyerasında isə beşinci dəfə (2016-cı ildə bir, 2017-ci ildə 3 dəfə) layiq görülür.

Qeyd edək ki, seçim azarkeşlərin səsverməsinə əsasən edilir. Səsvermə hər yarışın son 10 dövrəsi ərzində Formula1-in rəsmi internet saytında (f1.com/vote) keçirilir.

Yarış Günün Sürücüsü
Avstraliya Qran Prisi Fernando Alonso
Bəhreyn Qran Prisi Pyer Qasli
Çin Qran Prisi Daniel Rikkardo
Azərbaycan Qran Prisi Şarl Lekler
İspaniya Qran Prisi Lyuis Həmilton
, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*