Azərbaycan-2018: Günün sürücüsü – Şarl Lekler

2016-cı ildən çempionatın təşkilatçıları “Günün sürücüsü” adlı yeni mükafat təsis ediblər. Mükafatın sahibi yarışın sonlarına yaxın çempionatın rəsmi saytında yerləşdirilmiş sorğunun nəticələrinə görə müəyyən edilir.

F-1.az xəbər verir ki, sıralanma turunda 14-cü olan, Niko Hülkenberqin yer itirməsinə görə yarışa 13-cü yerdən başlayan, finiş xəttini altıncı keçərək karyerasında ilk xallarını qazanan Sauber-in debütant sürücüsü Şarl Lekler “Günün Sürücüsü” seçilib. Monakolu sürücü ilk dəfədir ki, bu ada layiq görülür.

Qeyd edək ki, seçim azarkeşlərin səsverməsinə əsasən edilir. Səsvermə hər yarışın son 10 dövrəsi ərzində Formula1-in rəsmi internet saytında (f1.com/vote) keçirilir.

Yarış Günün Sürücüsü
Avstraliya Qran Prisi Fernando Alonso
Bəhreyn Qran Prisi Pyer Qasli
Çin Qran Prisi Daniel Rikkardo
Azərbaycan Qran Prisi Şarl Lekler
, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*