13 Dekabr 2018, Cümə axşamı - 19:50

Çin-2018: Günün sürücüsü – Daniel Rikkardo

Çin-2018: Günün sürücüsü – Daniel Rikkardo

Müəllif: Elçin Zodorov, redaktor

12:37 - 15 Aprel, 2018

2016-cı ildən çempionatın təşkilatçıları “Günün sürücüsü” adlı yeni mükafat təsis ediblər. Mükafatın sahibi yarışın sonlarına yaxın çempionatın rəsmi saytında yerləşdirilmiş sorğunun nəticələrinə görə müəyyən edilir.

F-1.az xəbər verir ki, yarışa altıncı yerdən başlayan, komandanın düzgün və möhtəşəm strategiyasından məharətlə istifadə edərək qələbə qazanan Red Bull-un sürücüsü Daniel Rikkardo “Günün Sürücüsü” seçilib. Avstraliyalı sürücü cari mövsümdə ilk dəfə bu ada layiq görülür. O, 2016-cı ildə Almaniya, keçən il isə Britaniya və İtaliya yarışlarında tamaşaçıların rəğbətini qazanmışdı.

Qeyd edək ki, seçim azarkeşlərin səsverməsinə əsasən edilir. Səsvermə hər yarışın son 10 dövrəsi ərzində Formula1-in rəsmi internet saytında (f1.com/vote) keçirilir.

YarışGünün Sürücüsü
Avstraliya Qran PrisiFernando Alonso
Bəhreyn Qran PrisiPyer Qasli
Çin Qran PrisiDaniel Rikkardo

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 236
Teqlər , , , ,
Paylaş

logo