Ş.Lekler özünü yaxşı hiss edir

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, testlərdə problem yaşamadıqları üçün sevinclidir.

F-1.az xatırladır ki, monakolu sürücü Bəhreyndəki testlərin ikinci günündə səhər sessiyasında trasa çıxıb və əsasən C3 tərkibli təkərlə işləyib. Gənc sürücü günün ilk yarısını ikinci yerdə bağlayıb.

Şarl Lekler: “Daha bir gün geridə qaldı. Bolidimiz və bizim üçün yeni olan təkərlər barədə yeniliklər öyrənirik. Bolidin balansı yaxşıdır və özümü yaxşı hiss edirəm. Ancaq zaman nəticəsi elə də vacib deyil və əksəriyyət gücünü gizlədir.

Hələki stabilik və bu, yaxşı haldır. İndiyə qədər heç bir problem yaşamamışıq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*