Belçika-2017: Birinci sərbəst yürüşlər

Komandaların əksəriyyəti yay fasiləsindən sonrakı ilk yarışa maşınlarda bir çox yeniliklər edərək gəliblər. Güc qurğularında da ənənəvi olaraq, dəyişikliklər edilib. Çünki Spa və Montsa mühərriyin gücünə tələbkar traslardır.

F-1.az xəbər verir ki, sessiyanın əvvəlində Həmilton, Eriksson və Vandorn Halo sistemi quraşdırılmış maşınla trasa çıxıblar. Lakin bir dövrə vurduqdan sonra sistem maşınlardan sökülüb və adi konfiqurasiya ilə işləməyə davam ediblər. Sessiya 17-ci dəqiqədə qırmızı bayraqlarla dayandırılıb – Massa 7-ci döngənin çöl tərəfindəki porebrik üzərində idarəetməni itirib, maşın çınqıllığı da keçərək işlənmiş təkərlərdən ibarət bariyerə çırpılıb. Felipe tibbi mərkəzə göndərilib, amma hər şey onun üçün yaxşı qurtarıb. Sessiyaya 8 dəqiqəlik fasilədən sonra yenidən start verilib.

Maqnussenin maşınında boyunaltı yerindən çıxıb və ardıcıl dövrələr vuran danimarkalı sürücü boksa qayıtmalı olub. Verlyayn ERS problemi ilə qarşılaşıb və sessiya onun üçün vaxtından əvvəl bitib. 65-ci dəqiqədə Bottas çınqıllığa çıxıb, lakin maşına zərər dəyməyib. Protokollara Rəykkönen başçılıq edib – 1:45.502. Bu, keçənilki poul nəticəsini 1.2 saniyə üstələyir. Həmilton ona cüzi fərqlə uduzub. Məşqlər nahardan sonra davam edəcək…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 7 Kimi Rəykkönen Ferrari 1:45.502 13
2 44 Lyuis Həmilton Mercedes AMG 1:45.555 + 0:00.053 19
3 5 Sebastyan Fettel Ferrari 1:45.647 + 0:00.145 13
4 33 Maks Ferstappen Red Bull 1:46.302 + 0:00.800 18
5 3 Daniel Rikkardo Red Bull 1:46.352 + 0:00.850 22
6 77 Valtteri Bottas Mercedes AMG 1:46.424 + 0:00.922 20
7 55 Karlos Sayns Toro Rosso 1:47.446 + 0:01.944 22
8 31 Esteban Okon Force İndia 1:47.670 + 0:02.168 27
9 26 Daniil Kvyat Toro Rosso 1:47.851 + 0:02.349 20
10 2 Stoffel Vandorn McLaren 1:47.865 + 0:02.363 18
11 30 Colion Palmer Renault 1:47.930 + 0:02.428 14
12 27 Niko Hülkenberq Renault 1:48.037 + 0:02.535 15
13 14 Fernando Alonso McLaren 1:48.252 + 0:02.750 18
14 11 Serxio Peres Force İndia 1:48.452 + 0:02.950 19
15 18 Ləns Stroll Williams 1:48.541 + 0:03.039 24
16 20 Kevin Maqnussen Haas 1:48.615 + 0:03.113 20
17 8 Roman Qrojan Haas 1:48.626 + 0:03.124 20
18 9 Markus Eriksson Sauber 1:50.160 + 0:04.658 21
19 94 Paskal Verlyayn Sauber 1:51.263 + 0:05.761 13
20 19 Felipe Massa Williams vaxt göstərməyib 3
, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*