Ferrari inkişaf gözləyir

Aradan keçən 3 həftəlik fasilədə atılan addımlara görə mövsümə pis başlayan italyanlar irəliləyişə ümid edirlər.

F-1.az xatırladır ki, keçən ildən fərqli olaraq, Ferrari mövsümə çox pis başlayıb və hazırda dördüncü komanda təsiri bağışlayır.

Frederik Vassyör: “Avstraliya Qran Prisindən demək olar ki, bir ay keçdi, həm bütün bu müddət ərzində biz Maranelloda SF-23-ün inkişafı üçün çox çalışdıq – mövcud maşının səmərəliliyinin artırılması istiqamətində işlər gördük, həm də növbəti yarışlarda təqdim edəcəyimiz yeniliklər üzərində işlədir.

Simulyatorda onlarla birlikdə işləyən Şarl və Karlos bizə rəy bildirmək məsələsində öz rollarını oynadılar. Avstraliyada biz maşının səmərəliliyini artıraraq artıq bir addım atmışıq və Azərbaycanda bu istiqamətdə işi davam etdirəcəyimizi gözləyirik”.
,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*