Frederik Vassyör: Red Bull-un cəriməsi çox yumşaq olub

Keçən il məlum oldu ki, əvvəlki ilin oktyabrında Red Bull komandası maliyyə reqlamentini pozaraq, icazə verilən büdcəni aşıb. Buna görə komanda yeddi milyon ABŞ dolları məbləğində cərimələnib, həmçinin növbəti 12 ayda aerodinamik tədqiqatlar aparmaq qabiliyyətinə 10% məhdudiyyət şəklində idman cəzası alıb.

F-1.az xəbər verir ki, məhdudiyyətlərə baxmayaraq, Red Bull komandası Formula1-də dominantlığını davam etdirib və Ferrari-nin başçısı Frederik Vassyör bu üstünlüyü rəqiblərinə qaydaları pozduqlarına görə yumşaq cərimə ilə əlaqələndirib.

Frederik Vassyör: “Red Bull-un bu nəticələri mənə cəzanın əhəmiyyətsiz olduğunu deyir. Onlar yaxşı iş gördülər, amma yenə də cəriməni çox yumşaq hesab edirəm. Mövsüm ərzində maşının inkişaf tempini nəzərə almaq lazımdır – temp stabil xətt üzrə deyil. Əgər iş imkanlarınız 10% azalarsa, o zaman ilin sonunda işinizi dayandıracaqsınız.

Üstəlik, aerodinamik boruda işləməməklə qənaət etdiyiniz pulları başqa sahələrə, məsələn, maşının çəkisini azaltmağa və s. yönəldə bilərsiniz. Mövsümün əvvəlində belə bir üstünlüklə cərimənin nəzərəçarpacaq effekt verəcəyinə əmin deyiləm, çünki onlar bir il əvvəl daha çox xərcləyiblər.

Onların pis iş gördüyünü söyləməyə çalışmıram. Düşünürəm ki, Red Bull-un çox yaxşı maşını var və mən bizim üçün bəhanə axtarmıram. Amma məndən soruşsanız ki, cəriməni çox yumşaq hesab edirəmmi, cavabında – “bəli”, – deyəcəyəm”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*