F.Vassyör: Volff ilə var gücümlə döyüşəcəm

F-1.az xəbər verir ki, Ferrari-nin yeni rəhbəri Frederik Vassyör Mercedes-dən olan həmkarı Toto Volfla mümkün rəqabətdən danışıb.

Frederik Vassyör: “Bilirəm ki, biz trasda döyüşəcəyik, stüardın otağında döyüşəcəyik, FIA ofislərində döyüşəcəyik, bu, həyatdır. Amma nəticədə komandalar arasında yaxşı əməkdaşlıq qlobal mənzərə üçün çox yaxşı olacaq. Formula1 komandalarının ümumi maraqlarını müzakirə edərkən, razılaşma yolları axtararkən yaxşı münasibətlər üstünlük təşkil edəcək. Amma buna baxmayaraq, trasda Toto Volfla yaxşı mübarizə aparmaq üçün əlimdən gələni edəcəyəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*