Karlos Sayns 2017-ci ildə Toro Rosso-da yarışacaq

Karlos Sayns Red Bull ilə müqaviləsini uzatmaq opsiyonundan istifadə edərək, 2017-ci ildə də Toro Rosso komandasında yarışmağa davam edəcək.

F-1.az xatırladır ki, Sayns bu mövsüm güclü performans göstərir və buna görə də onun Toro Rosso-dan ayrılacağı və gələn il üçün ya Renault-ya, ya da Ferrari-yə keçəcəyi deyilirdi. Amma Red Bull bunun qarşısını almaq üçün ispaniyalı sürücü ilə müqaviləni bir il də uzadıb. Bu da o deməkdir ki, Sayns daha bir il Toro Rosso üçün yarışacaq.

Red Bull komandasının rəhbəri Kristian Horner çərşənbə günü verdiyi açıqlamada bildirib ki, Saynsın komandadakı gələcəyinə əmindir: “Bu həftənin əvvəlində istifadə etdiyimiz opsiyona görə Sayns 12 ay daha Red Bull-un tərkibində qalacaq. Hazırda olduğu kimi, gələn il də Toro Rosso üçün yarışacaq”.

Horner komandanın əlindəki güclü sürücüləri də dəyərləndirib: “Bu doğrudan da mükəmməldir. Önümüzdəki ili il yarım ərzində bu mövzu barədə danışmağa davam edəcəyik”.

Horner Daniil Kvyatın Toro Rosso-da qalacağını düşünür. Horner gələn il Saynsın komanda yoldaşının dəyişiləcəyinə inanmır: “Bu olsa, təəccüblənərəm. Daniil inkişaf etməyə davam edir. Yavaş-yavaş özünü gəlir. O yarışdırmaq istədiyimiz sürücülərdən biridir”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*