M.Arrivabene: “Rəykkönen mükəmməldir”

Ferrari komandasının rəhbəri Mauritsio Arrivabene komandanın sürücüsü Kimi Rəykköneni Bəhreyn yarışındakı performansına görə tərifləyib...

F-1.az xatırladır ki, Rəykkönen builki yarışı da keçənilki kimi ikinci yerdə bititib. Rəykkönen pis start alaraq geriləsə də, sona qədər mübarizə aparıb və finişdə ikinci olub.

Mauriitsio Arrivabene: “Kimi yarışboyu möhtəşəm idi. Çox möhtəşəm idi. O, Rikkardonu xarici trayektoriya ilə keçdi və mənə keçmişdəki Rəykköneni xatırlatdı. Hətta keçmişdəki Formula1-i xatırladım. Məncə, Kimi çox yaxşı yarışdı”.

Arrivabene qeyd edib ki, Rəykkönenin pis start almasına səbəb barmağının ilişmə muftası linkindən sürüşməsi olub: “Eşitdim ki, barmağı linkdən sürüşüb. Belə şeylər ola bilər. Çox sürüşdü və bir az vaxt itirdi. Amma daha sonra inanılmaz işlər gördü”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*