11 Dekabr 2018, Çərşənbə axşamı - 10:48

K.Horner: “Rikkardonun tempi bizi ümidləndirdi”

K.Horner: “Rikkardonun tempi bizi ümidləndirdi”

Müəllif: Rauf Hacıyev, redaktor

17:42 - 10 Aprel, 2016

Daniel Rikkardo Bəhreyn yarışının sonunda Mercedes AMG komandası ilə eyni tempdə gedib və bu hal Red Bull komandasını ümidləndirib…

F-1.az xatırladır ki, Daniel Rikkardo yarışın ilk döngəsndə Valtteri Bottas ilə təmas yaşayaraq ön qanadını zədələmişdi. Bundan sonra Red Bull komandası yaxşı nəticə üçün bütün ümidlərini itirsə də, avstraliyalnın atdığı dövrələr komandanı xeyli ümidləndirib.

Daniel Rikkardo son pit-stopdan sonra Niko Rosberqlə bərabər tempdə gedirdi. Komandanın rəhbəri bildirib ki, mühərrik və şassinin inkişaf uyğunlaşması Kanadadan etibarən yaxşı olacaq.

Kristian Horner: “Bəhreyn yarışının sonunda Rikkardonun tempi yarış lideri ilə bir idi. Çox yaxşı görünürdü.

Yarışın əvvəlində trafikdə xeyli vaxt itirdik. Bu da strategiyamıza təsir etdi. Ancaq şassi çox güclüdür və mühərrik də inkişaf edir.

Bundan sonrakı iki yarışda bizi çətin sınaq gözləyir. Çin və Rusiya traslarında uzun düzlüklər var və güc böyük önəm kəsb edir.

Əgər biz bu yarışlarda zərəri minimuma endirə bilsək, sonrakı yarışlarda daha çox güc əldə edəcəyimizə ümid edirəm”.

Horner bildirib ki, Avstraliya və Bəhreyn yarışlarında əldə edilən nəticələr onların ən güclü üçüncü komanda olmasını sübut edir. Horner əlavə edib ki, Mercedes AMG və Ferrari onlar üçün əlçatmaz deyil: “Bir az daha sürətlənib Mercedes və Ferrariyə çatmaq istəyirik.

Mövsümün yeddinci və ya səkkizinci yarışında güc qurğusuna güclü yeniliklər gözləyirik. Ancaq belə olan halda onlara çata bilərik.

Biz istəyirik ki, bu qrupun arxasında qalaq. Sözün açığı, şassi üzərində də intensiv formada işləyirik. Ancaq eyni zamanda mühərrik üstündə də yaxşı işləyirlər”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 253
Teqlər , , , , ,
Paylaş

logo