Macarıstan-2021: İkinci sərbəst yürüşlər

İkinci məşqlərdə asfaltın istiliyi bu il üçün rekord həddə - 64 dərəcəyə çatıb. Belə şəraitdə təkərlərin özlərini necə aparmasına yenidən baxmaq lazım gəlib.

F-1.az bildirir ki, ilk sessiyada Hard və Soft tərkiblərə üstünlük verilmişdisə də, bu dəfə sürücülər Medium təkərlər bir neçə dövrə vurduqdan sonra Soft-lara keçiblər. Trasın vəziyyəti yaxşılaşdıqca sürətlər artıb. AlphaTauri mexanikləri Tsunodanın maşınını vaxtında düzəldə bilməyiblər. Arxa qanadı və ötürmələr qutusunu dəyişmək lazım gəlib və yapon sürücü yalnız son dəqiqələrdə trasa çıxa bilib.

Mazepinin sağ arxa təkəri deşilib. Lekler birinci döngədə təkərləri bloklayaraq yoldan çıxıb. Üç dövrəvi nəticə 11-ci döngədə trasdan tam çıxmaya görə ləğv edilib. Bu dəfə hamıdan sürətli Valtteri Bottas olub – 1:17.012. Məşqlər sabah davam edəcək…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 77 Valtteri Bottas Mercedes AMG 1:17.012 29
2 44 Lyuis Həmilton Mercedes AMG 1:17.039 + 0:00.027 27
3 33 Maks Ferstappen Red Bull 1:17.310 + 0:00.298 24
4 31 Esteban Okon Alpine 1:17.759 + 0:00.747 29
5 11 Serxio Peres Red Bull 1:17.824 + 0:00.812 23
6 10 Pyer Qasli AlphaTauri 1:18.113 + 0:01.101 31
7 14 Fernando Alonso Alpine 1:18.169 + 0:01.157 27
8 5 Sebastyan Fetteı Aston Martin 1:18.228 + 0:01.216 31
9 4 Lando Norris McLaren 1:18.313 + 0:01.301 25
10 18 Ləns Stroll Aston Martin 1:18.320 + 0:01.308 30
11 16 Şarl Lekler Ferrari 1:18.370 + 0:01.358 30
12 55 Karlos Sayns Ferrari 1:18.441 + 0:01.429 32
13 3 Daniel Rikkardo McLaren 1:18.737 + 0:01.725 26
14 7 Kimi Rəykkönen Alfa Romeo 1:19.277 + 0:02.265 21
15 63 Corc Rassell Williams 1:19.292 + 0:02.280 29
16 6 Nikolas Latifi Williams 1:19.479 + 0:02.467 30
17 22 Yuki Tsunoda AlphaTauri 1:19.671 + 0:02.659 3
18 47 Mik Şumaxer Haas 1:19.817 + 0:02.805 29
19 99 Antonio Covinatsi Alfa Romeo 1:20.186 + 0:03.174 28
20 9 Nikita Mazepin Haas 1:21.881 + 0:04.869 28
, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*