H.Marko: “Müasir dövrdə sürücülərə çox maaş verilir”

Keçmiş F1 sürücüsü və Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko hesab edir ki, müasir dövrdə pilotlara çox maaş verilir...

F-1.az xəbər verir ki, hazırda Fernando Alonso, Sebastyan Fettel, Lyuis Həmilton ən güclü pilotlar sayılırlar və milyonlarla dollar pul qazanırlar.

Helmut Marko bu barədə fikirlərini bölüşüb: “Müasir dövrdə sürücülərə çox maaş verirlər. Bunun iki səbəbi var. Birincisi, ciddi qəza və ya az da olsa ölüm riski var. İkincisi isə, Ferstappen və Verlyayn kimi sürücülər 100 dövrə ataraq, F1 bolidini sürməyi öyrənirlər.

Sürücülər artıq daha az iş görürlər və bu bolidləri sürmək çox asandır”.

Amma Mercedes AMG komandasının qeyri-icraçı direktoru, 3 qat Dünya Çempionu Niki Lauda isə Marko ilə razı deyil: “Sürücülər çox qazanmır. Hər il biz Formula1-də nələrin baş verdiyini görürük. Sürücülərin bu hadisələrdəki rolunu dəyərləndirmək lazımdır”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*